\"Petkim\" artıq Azərbaycan şirkətidir

\"Petkim\" artıq Azərbaycan şirkətidir

Türkiyənin \"Petkim\" şirkətində 51 faiz paya sahib olan \"SOCAR&Turcas Enerji AŞ\" tamamilə ARDNŞ-in nəzarətinə keçib. Bu barədə məlumat \"SOCAR Türkiye\" tərəfindən yayılıb.


Türkiyə mətbuatına istinadən bildirilir ki, ARDNŞ \"SOCAR&Turcas Enerji AŞ\" şirkətində \"Turcas\"a malik 25 faiz payı satın alıb və şirkətin adını \"SOCAR Turkey Enerji AŞ\"ə çevirib. Beləliklə, \"Petkim\" 2012-ci ilə səhmlərinin nəzarət paketi Azərbaycana məxsus şirkət kimi daxil olub və \"Turcas\" bu otraqlıqdan ayrılıb.


\"SOCAR Türkiye\" tərəfindən yayılan açıqlamada həmçinin \"SOCAR Turkey Enerji AŞ\"in 2008-ci ildə tender nəticəsində ortaqlığa girdiyi \"Petkim\"ə görə ödənmiş payının 2,6 milyard türk lirəsinə (təxminən 1,38 milyard ABŞ dolları) yüksəldiyi bildilir.

Bütün xəbərlər Facebook səhifəmizdə