Qusarda kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirilib
Yeni il ərəfəsindəbə Qusarda kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirilib. SİA-nın Şimal bürosunun verdiyi xəbərə görə, yarmarkada ərzaq və qeyri-ərzaq məhsullarından ibarət 30 çeşiddə kənd təsərrüfatı məhsulu satışa çıxarılıb.
Yarmarkada 20 kənddən gələn fermerlər özlərinə məxsus kənd təsərrüfatı məhsullarını alıcılara təqdim edib. Məhsullar bazar qiymətindən 25–30 faiz ucuz təklif olunub. Məsələn, bazarda mal ətinin qiyməti 8 manat olduğu halda burda 6 manatdı. Yarmarkada kartof 50 qəpiyə, kələm, alma, 30 qəpiyədir. Yarmarkanın təşkil olunmasında əsas məqsəd bayramqabağı alıcıları sərfəli qiymətə keyfiyyətli məhsulla təmin etməkdir.
Yarmarka həmçinin satıcı və alıcı arasında birbaşa əlaqə yaratmaq baxımdan da önəm kəsb edir.
Emin Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB