Mədəniyyət və tarixi abidələrimizin qorunması istiqamətində də bu il böyük işlər görülüb. SİA-nın məlumatına görə, bir çox tarixi abidələrimiz bərpa olunub ki, bu da ölkəmizdə turizmin inkişafına təkan verir. Bunun nəticəsidir ki, bu il Azərbaycana gələn turistlərin sayında 14 % artım müşahidə olunub. \"Turizm ili\" ölkəmizdə bu sahənin yeni mərhələyə qədəm qoyduğunu göstərir.
Bu gün dünya iqtisadiyyatında mühüm yer tutan sahələrdən biri turizmdir. Turizm sektoru əhatə dairəsinə, maliyyə imkanlarına görə dünyanın bir çox ölkələrində aparıcı sənaye sahələri ilə rəqabətə girir. Çünki səyahətə çıxmaq, gözəl təbiət qoynunda mənalı istirahət etmək, tarixi yerləri, qədim abidələri görmək, mədəniyyət və incəsənət nümunələri, rəngarəng adət və ənənələrlə tanış olmaq getdikcə daha çox insanın mənəvi tələbatına çevrilir. Cəmiyyətin iqtisadi, sosial və mədəni inkişafının nəticəsi olaraq yaranan, mənəvi zənginlik və rekreasiya ehtiyaclarının ödənilməsinə xidmət edən turizmin təşkili üçün ölkənin əlverişli təbii imkanları ilə yanaşı, ümumi iqtisadi göstəriciləri də mühüm şərtdir.
Prezident İlham Əliyev 2011-ci ili turizm ili elan edib. Bu haqda o yanvarın 14-də Nazirlər Kabinetinin iclasında bildirib. Prezident 2011-ci ildə Bakıda 5 beşulduzlu hotelin açılacağını və bunun necə mühüm göstərici olduğunu bildirib. Həmçinin "Şahdağ" qış-yay turizm kompleksi haqqında söz açıb. Sonda prezident İlham Əlivev qeyd etmişdir: "Bizim gözəl təbiətimiz var, Xəzər dənizimiz, gözəl dağlarımız, çaylarımız, meşələrimiz bizim böyük sərvətimizdir. Elə etməliyik ki, 2011-ci ildə turizmin inkişafına böyük təkan verilsin. Hesab edirəm ki, bu məqsədlə 2011-ci ilin "Turizm ili" elan olunması ədalətlidir. Elə etməliyik ki, bu sahədə böyük və gözəl nəticələr görək. 2011-ci il başlayıb, mən gələcəyə çox böyük nikbinliklə baxıram. Tam əminəm ki, 2011-ci il də ölkəmizin hərtərəfli inkişafı üçün uğurlu il olacaq".
Mədəniyyət və Turizm Nazirliyindən verilən son statistikada göstərilir ki, hazırda Azərbaycanda 504 mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət göstərir. . Müasirləşən ölkəmizdə yüksək səviyyəli xidməti ilə seçilən mehmanxana komplekslərinin inşası geniş vüsət alıb. Bu obyektlərin 319-na Mədəniyyət və Turizm Nazirliyi tərəfindən lisenziya verilib. Ümumilikdə ölkədəki mehmanxana və mehmanxana tipli obyektlərin 80-ə yaxını ulduz kateqoriyası alıb. Hazırda Azərbaycandakı hotellərin 15-i "beş ulduz"ludur. Ölkədə 37 "dörd ulduz"lu, 21 "üç ulduz"lu, 3 "iki ulduz"lu hotel fəaliyyət göstərir.
Hazırda iqtisadiyyatın elə sahələri var ki, burada dünya bazarına çıxıb rəqabət aparmaq çətindir. Turizm sahəsində isə Azərbaycanın rəqabət üçün imkanları çox yüksəkdir. Təbii sərvətlərimiz, rəngarəng iqlimimiz, zəngin mədəniyyətimiz, çoxəsrlik tariximiz cəlbedici turizm məhsulu yaratmaq üçün mühüm zəmindir. Bununla bərabər, dövlət də turizm sahəsinin inkişafını iqtisadiyyatın qeyri-neft sektoru üzrə prioritet istiqamət elan edib. Son illər ölkədə turizmin təşviqi ilə bağlı görülən işlər, aparılan islahatlar, qəbul edilən dövlət proqramları, normativ-hüquqi bazanın təkmilləşdirilməsi bunu bir daha sübut edir. "2010-2014-cü illərdə Azərbaycanda turizmin inkişafına dair" Dövlət Proqramının qəbul olunması, 2011-ci ilin ölkəTədbirlər Planının təsdiq edilməsi dövlət səviyyəsində turizmin inkişafına verilən dəstəyin göstəricisidir. Bu tədbirlərin nəticəsidir ki, ölkəmizdə turizm sənayesi yeni mərhələyə qədəm qoyub.
Son illər Azərbaycanda turizm sahəsinin sürətli inkişafı nəticəsində yeni turist marşrutları açılır, infrastruktur yaradılır, turizm obyektlərində xidmətin səviyyəsinin yaxşılaşdırılması üçün müvafiq qərarlar qəbul edilir. Beləliklə, regionların sosial-iqtisadi inkişafında da bu sahə əvəzsiz rol oynamağa başlayıb. Ekspertlərin hesablamalarına görə, ölkəmizdə mövcud imkanlardan istifadə edərək ümumi daxili məhsulun 10 faizini turizmdən əldə etmək mümkündür. hazırda ölkədə təxminən 40-a yaxın müxtəlif ulduzlu mehmanxana və mehmanxana tipli obyektlər tikilir ki, bunların hamısı istifadəyə verildikdə Azərbaycanda turist yerləşdirmə yerlərinin sayı 30 faiz artaraq indiki 30 mindən 40-42 minə çatacaq. Bu da Azərbaycan tarixində rekord göstərici deməkdir.
Onu da qeyd edək ki, gələn il də turizmin inkişafı üçün uğurlu olacaq. Çünki Avropa ölkəsində səs küyə səbəb olan "Eurovision" mahnı müsabiqsənin məhz Azərbaycanda keçirilməsi ölkəmizə gələn turistlərin sayının daha artıracaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB