Türkiyə “Cənub axını” qaz kəmərinə \"HƏ\" dedi

Türkiyə “Cənub axını” qaz kəmərinə \"HƏ\" dedi

Türkiyə "Cənub axını" qaz kəmərinin öz ərazisindən - Qara dənizin dibi ilə çəkilişinə icazə verib. SİA-nın "İTAR-TASS" a istinadən verdiyi xəbərə görə, imzalama mərasimində Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Taner Yıldız, Rusiyanın baş naziri Vladimir Putin və onun köməkçisi İqor Seçin iştirak ediblər. Sazişi Türkiyə tərəfindən "Botaş" şirkətinin baş direktoru Fazıl Şenel, Rusiya tərəfindən isə "Qazprom" şirkətinin rəhbəri Aleksey Miller imzalayıb.

Vladimir Putin "Cənub Axını" layihəsinin inşası üçün nəhayət "Qazprom"a icazə verən Türkiyə hökumətinə öz təşəkkürünü bildirib: "Bu, ümumavropa layihəsidir. Avropa Komissiyasının dəstəyinə görə də minnətdarıq. Avropa Birliyinin "Cənub Axını" da daxil olmaqla, bir sıra infrastruktur layihələrini dəstəklədiyini hamımız bilirik".

Bütün xəbərlər Facebook səhifəmizdə