Qubanın Xucbala, Küpçal və Küsnət kəndlərinə ilk dəfə olaraq təbii qaz verilib. SİA-nın Şimal bürosunun vediyi xəbərə görə, bu məqsədlə təşkil olunan mərasimdə "Azəriqaz" İstehsalat Birliyinin nümayəndələri, rayon rəhbərliyi və yerli sakinlər iştirak edib. Buna ən çox kənd sakinləri seviniblər. Bunlardan ən uzağı Küsnət kəndidir. Kənd sakinləri indiyə kimi belə sevindirici günün olmadığını bildiriblər.
Rayon mərkəzindən 36 km aralıda dağlıq zonada, meşənin içində yaşayış məntəqəsində çəkilən qaz xətlərinə görə kənd sakinləri bayramqabağı hədiyyə kimi qəbul edirlər. "Azəriqaz" İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kamandar Eyvazlı məlumat verib ki, qaz çəkilişi zamanı 36 km-lik polietilen kəmərlərdən istifadə olunub. Hər üç kənddə ümumilikdə 525 abonentin mənzilində sayğac quraşdırılıb. Son bir il ərzində rayonun 10 kəndinə təbii qaz verilib. Bununlada rayonda mavi yanacaqla təmin olunan yaşayış məntəqələrinin sayı 40-a çatdığını bildirib.
Bildirək ki, 153 yaşayış məntəqəsi olan Qubada yaxın zamanda daha 5 kənd təbii qazla təmin olunacaq. Hazırda rayonda 16175 abonent təbii qazdan istifadə edir.
Emin Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB