Avro iflas edir

Avronun qiyməti digər əsas valyutalara nisbətdə yenidən düşüb. SİA-nın xəbərinə görə, yanvarın 12-dən bəri ilk dəfə olaraq avronun qiyməti 1.30 dollara düşüb. Funt sterlinqə nisbətdə bir avro 83.85 pens olub. Funt isə 1.19 avroya satılıb.

Ötən həftə Avropa İttifaqının 27 üzvündən 26-ı yeni maliyyə qaydalarını dəstəkləyib. Yalnız Böyük Britaniyanın baş naziri Devid Kameron yeni qaydalara veto qoyub. Avropa birjaları isə bu gün mənfi meyllər yaşayıb. Londonun FTSE 100 və Frankfurtun Dax indeksləri 1 faiz aşağı düşüb. Paris Cac 40 indeksi isə 1.76 faiz aşağı enib.

Bütün xəbərlər Facebook səhifəmizdə