Sabah Qara Qarayev prospektində aparılan yenidənqurma işləri ilə əlaqədar noyabrın 9-da saat 10:00-dan 18:00-dək "8-ci kilometr – Əsas" və "8-ci kilometr – Əlavə" qaz kəmərlərində təbii qaz təchizatı dayandırılacaq. SİA-nın Dövlət Neft Şirkətinin rəsmi saytına istinadən verdiyi məlumat görə, həmin qaz kəmərləri "Nizami-ümumi" kollektorundan qidalanır. İşlər aparılan müddətdə Nizami rayonunun 8-ci kilometr yaşayış massivinə təbii qazın verilişində məhdudiyyətlər olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB