Bu ay 11,48 milyon manatlıq ipoteka krediti verilib

Bu ay 11,48 milyon manatlıq ipoteka krediti verilib

Bu ay müvəkkil banklar İpoteka Fondunun vəsaitlərindən istifadə etməklə vətəndaşlara 11,48 milyon manatlıq ipoteka krediti verib. İpoteka Fondundan SİA-ya verilən məlumata görə, bu ötən aylarla müqayisədə ən yüksək göstəricidir: "Noyabr ayına qədər 2011-ci ildə ən yüksək göstərici avqust ayında olmuşdu. Həmin ayda müvəkkil banklar əhaliyə 10,9 milyon manat həcmində kredit verib.

Ümumiyyətlə, 2011-ci ilin ilk 11 ayı ərzində İpoteka Fondunun vəsaitlərindən istifadə etməklə, banklar 85,88 milyon manat həcmində kredit ayırıb".

Bütün xəbərlər Facebook səhifəmizdə