Qərb bölgəsində aqrar sektorun inkişafı üçün 1,5 milyon manat kredit ayrılıb

Qərb bölgəsində aqrar sektorun inkişafı üçün 1,5 milyon manat kredit ayrılıb

Son bir ildə dövlət tərəfindən qərb bölgəsində kənd təsərrüfatının inkişafına 1 milyon 5 yüz min manat kredit ayrılıb. Bu barədə SİA-nın bölgə müxbirinə "Aqrokredit" Səhmdar Kredit Təşkilatının Gəncə şəhər Təşkilatının rəhbəri Afina Babayeva məlumat verib. Onun sözlərinə görə, ayrılan vəsaitlər aqrar sahənin müxtəlif istiqamətlərini əhatə edir. Başqa sözlə desək, ayrılan vəsaitlər aqrar sahədə emal müəssisələrinin yaradılmasına və kənd təsərrüfatı sahələrinin köməkçi sahələrinə verilib. Yeni ildə də əsasən kreditlər məhz bu istiqamətə yönələcək. Bundan əlavə kənd təsərrüfatı məhsullarının saxlanması və anbarların tikilməsinə ayrılacaq. Lakin ayrılan kreditlərin alınmasında da bir çox problemlər yaşanır. Dövlət tərəfindən fermerlərin borclarını vaxtında və rahat ödəmələri üçün kredit müddəti uzadılıb və faizlər azaldılıb.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə