Azərbaycan Prezidenti Dövlət Neft Şirkətinin Strukturunda dəyişiklik edilməsi haqqında fərman imzalayıb

Azərbaycan Prezidenti Dövlət Neft Şirkətinin Strukturunda dəyişiklik edilməsi haqqında fərman imzalayıb

Dövlət başçısı İlham Əliyev Azərbaycan prezidentinin 2003-cü il 24 yanvar tarixli 844 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Strukturu"nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

SİA-nın verdiyi məlumata görə, ölkə prezidenti Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıb: Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli 844 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 1, maddə 36; 2004, № 9, maddə 681; 2005, № 2, maddə 73; № 12, maddə 1109; 2006, № 9, maddə 736; 2007, № 3, maddə 219; 2009, № 7, maddə 529, № 10, maddə 777; 2010, № 4, maddə 298; 2011, № 9, maddə 789) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Strukturu"na aşağıdakı məzmunda 11.22-ci bənd əlavə edilsin: "11.22. Bakı Ali Neft Məktəbi.".

Bütün xəbərlər Facebook səhifəmizdə