\"İpək yolu” dəhlizi bu il Azərbaycana 267,8 milyon manat gəlir gətirib
2011-ci ilin yanvar-sentyabr aylarında "İpək yolu" nəqliyyat dəhlizinin Azərbaycandan keçən hissəsində 40 milyon ton və ya 5,3 faiz çox yük, 180,3 milyon nəfər və ya 7,9 faiz çox sərnişin daşınıb.
SİA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, yüklərin 43,6 faizi avtomobil, 37 faizi dəmir yolu, 19,4 faizi dəniz nəqliyyatının payına düşüb, daşımaların həcmi dəniz nəqliyyatında 19,2 faiz, avtomobil nəqliyyatında 7,5 faiz artımla qeydə alınıb.
Yük daşımaları fəaliyyətindən 267,8 milyon manat, sərnişin daşınmasından isə 56,3 milyon manat gəlir əldə olunub və müvafiq olaraq 13,2 və 22,4 faiz artıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB