Son 9 ayda istilik elektrik stansiyalarına 3 milyard 178,5 milyon kubmetr qaz sərf edilib

Son 9 ayda istilik elektrik stansiyalarına 3 milyard 178,5 milyon kubmetr qaz sərf edilib

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, yanvar-sentyabr aylarında "Azərenerji" ASC-nin istilik elektrik stansiyaları tərəfindən 3 milyard 178,5 milyon kubmetr qaz sərf edilib. Bu, 2010-cu ilin eyni dövrünə nisbətən 7,5 faiz çoxdur.

Dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən bu ilin yanvar-sentyabr aylarında 1 milyard 241,5 milyon kilovat-saat elektrik enerjisi, 91,8 min Q.kal istilik enerjisi, 66,5 milyon kubmetr təbii qaz, 18 milyon kubmetr su, 5,9 milyon manatlıq rabitə xidmətləri istehlak edilib. Ötən ilin 9 ayı ilə müqayisədə elektrik enerjisinin istehlakı 15,8 faiz, rabitə xidmətlərinin istehlakı 13,5 faiz, təbii qazın istehlakı 1,2 faiz artıb, istilik enerjisinin istehlakı 7,7 faiz, suyun istehlakı 11,8 faiz azalıb. İstifadə edilmiş elektrik və istilik enerjisinin, təbii qazın, suyun və rabitə xidmətlərinin ümumi dəyəri 13 faiz artaraq 103,2 milyon manat olub.

Bütün xəbərlər Facebook səhifəmizdə