İqtisadçı ekspert Xalid Mikayılovun SəsTV-yə müsahibəsi
- \"Şimal axını\" lahiyəsi və "Nabucco" bir-birinə alternativ ola bilərmi?
- "Şimal axını" ("Nord Stream") layihəsi qaz kəmərinin Rusiya qazının Baltik dənizindən keçməklə Qərbi Avropa ölkələrinə nəqlini nəzərdə tutur. Baltik dənizinin dibi ilə çəkilən bu qaz kəməri Almaniya və Rusiya sahillərini birləşdirir. Oradan isə Rusiya qazının Fransa, Hollandiya və Avropanın digər ölkələrinə nəqli planlaşdırılır. Kəmərin artıq işə düşən birinci qolu ildə 27,5 milyard kubmetr qaz nəqlinə hesablanıb. Gələn ilin sonuna nəzərdə tutulan ikinci qolu işə düşdükdən sonra isə \"Şimal axını\" tam layihə gücü ilə -yəni ildə 55 milyard kubmetr qaz nəql etməyə başlayacaq. Bundan başqa "Nabucco" layihəsi "Cənub dəhlizi" deyilən layihəyə daxil olan 4 kəmərdən biridir. İllik həcmi təqribən 31 milyard kubmetr həcmində qiymətləndirir. Bu baxımdan yanaşsaq "Şimal axını" layihəsi \"Nabucco\" ya rəqib deyil və heç bir maneə törətmir.
- "Şimal axını"nın Azərbaycanın da iştirakı istisna olmayan \"Nabucco\" layihəsinə mənfi təsiri ola bilərmi?
- "Şimal axını" layihəsinin "Nabucco"ya heç bir mənfi təsiri ola bilməz. Rusiya bu kəməri inşa etməklə, əlavə qaza ehtiyacı olan Avropanın iri qaz istehlakçılarının almağa hazırlaşdıqları digər layihələri əlinə alıb, bununla belə "Nabucco" aktuallığını itirməyib. "Nabucco" əsasən Çexiya, Avstriya, Bolqarstan, Macarstan kimi ölkələrin, Şərqi Avropa və Mərkəzi Avropa ölkələrinin enerji istehsalı üçün nəzərdə tutulub.
- "Nabucco"- nun inşa edilməməsi ideyaları var. Bu reallığa uyğundurmu?
- Qeyd edək ki, "Nabucco" qaz kəməri Xəzər regionundan təbii qazın Türkiyə və Balkan yarımadası vasitəsilə Mərkəzi Avropaya ixracı üçün nəzərdə tutulub. "Nabucco"nun bundan sonra inşa edilmək perspektivləri daha böyükdür. Türkmənistan da "Transxəzər" qaz kəməri vasitəsilə öz qazını Avropaya nəql etmək istəyir. Əgər bu layihələr həyata keçirlərsə, "Nabucco" kimi layihələrə çox ciddi ehtiyac olacaq. Həmçinin \"Cənub dəhlizi\" çərçivəsində 4 kəmərin tikintisi nəzərdə tutulub - "Trnasadreaktik" kəmər, "Nabucco" kəməri, Türkiyə, Ermənistan, İtaliya kəməri və "Ağ axın" layihəsi. Mən düşünmürəm ki, "Şimal axını" Avropanın Rusiyadan enerji asılılığını azaltmaq üçün nəzərdə tutduğu \"Nabucco\" layihəsini tamamilə sıradan çıxarda bilsin. Sadəcə olaraq bu layihənin \"Nabucco\"-dan öncə inşa edilməsini Rusiya həyata keçirib. Bu istəyini isə Avropa ölkələri arasında olan fikir ayrılığından yararlanaraq gerçəkləşdirə bilib.
- Bu layihələrin inşasında Rusiyanın iqtisadi və siyasi maraqları varmı?
Rusiya yeni layihə ilə bu sahədə Avropada öz monopoliyasını qoruyub saxlamağa çalışır. Amma Avropanın da qaza olan ehtiyacı kifayət qədərdir. Ona görə bir layihənin digərinə mane olacağı inandırıcı deyil. Orada Rusiya kimi, Azərbaycanın, Qazaxıstanın və digərlərinin də qazının satılması üçün imkanlar var. Burada daha çox Avropa birliyinin maraqları üzə çıxır. Çünki Avropa birliyi özü öz enerji təhlükəsizliyini təmin etmək üçün enerji mənbələrini dversfikasiyası baxımından maraqlıdır ki, Rusiyadan yan keçməklə öz enerji təhlükəsizliyini təmin etsin.
- "Şimal axını" layihəsinin Azərbaycana mənfi və ya müsbət təsirləri nə ola bilər?
- Müsbət təsirləri əlbəttə çox olacaq. Çünki "Nabucco" layihəsinin həyata keçirilməsi ilə Azərbaycan da öz enerji resurslarını müxtəlif mənbələrlə dünya bazarlarına çatdırmaq imkanı əldə edəcək. Bundan əlavə Azərbaycanı neftin əlavə qazdan gələn gəlirlərinə də ciddi təsir edəcək. Mənfi cəhət isə Rusiyanın təsiri ola bilər. Eləcədə İranın təzyiqləri gözlənilə bilər. Lakin bu layihələrin gələcəkdə Azərbaycan və Avropa Birliyinin bu işlərə nə qədər qərarlı olacağından asılı olacaq.