Yeni ildən gediş haqqı turniket-kartla ödəniləcək

Yeni ildən gediş haqqı turniket-kartla ödəniləcək

Yeni ildən avtobuslarında turniket-kart ödəniş sistemi tətbiq ediləcək. Nəqliyyat Nazirliyindən SİA-ya verilən məlumata görə, yeni sistemin Nəqliyyatın İntellektual İdarə Edilməsi sistemi çərçivəsində tətbiq ediləcək.

Bu sistemin tətbiqindən sonra, sərnişindaşıma xidməti göstərən nəqliyyat vasitələrində vahid elektron ödəmə kartları tətbiq olunacaq. Belə ki, sərnişinlər gediş haqqını universal "cip" kart vasitəsilə ödəyəcəklər.

Qeyd edək ki, kart vasitəsilə ödəniləcək məbləğ sərnişinin getdiyi məsafəyə görə tutulacaq. Belə ki, avtobusda xüsusi elektron naviqasiya sistemi vasitəsilə qət edilən məsafə müəyyənləşdiriləcək. Sərnişin avtobusdan düşərkən getdiyi məsafənin gediş haqqı onun kartından tutulacaq.


Bütün xəbərlər Facebook səhifəmizdə