Vilyam Ramsey: \"Avropanın atom enerjisindən imtinası Azərbaycanı bu regionun əsas enerji daşıyıcısına çevirir\"

Vilyam Ramsey: \"Avropanın atom enerjisindən imtinası Azərbaycanı bu regionun əsas enerji daşıyıcısına çevirir\"

Avropanın atom enerjisindən imtinası Azərbaycanı bu regionun əsas enerji daşıyıcısına çevirir. Bu sözləri Fransanın Beynəlxalq Münasibətlər İnstitutunun (İFRİ) baş müşaviri, səfir Vilyam Ramsey jurnaslitlərə bildirib.


O vurğulayıb ki, Avropa Xəzər neftinin və qazının idxalına çox maraqlıdır. Azərbaycandan neft və qazın Avropaya ötürülməsi ilə bağlı müzakirələr aparılır. Hesab edirəm ki, sözügedən regionun Azərbaycanın neft və qazına ehtiyacı böyükdür.


Səfir bildirib ki, son illərdə aşkarlanan qaz yataqları Azərbaycana marağı daha da artırıb. Amma Avropada maliyyə böhranı qaza olan tələbatı azalda bilər və bu, infrasturktur layihələrə də təsir göstərə bilər. Ümid edirəm ki, Avropa yeni "Transxəzər" neft–qaz kəmərlərinin çəkilişində işlərini dayandırmayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə