Doqquz ayda 148 xarici dövlətlə 26,6 milyard ABŞ dolları məbləğində ticarət əməliyyatları aparılıb

Doqquz ayda 148 xarici dövlətlə 26,6 milyard ABŞ dolları məbləğində ticarət əməliyyatları aparılıb

2011-ci ilin doqquz ayında Azərbaycanın dövlət və qeyri-dövlət təşkilatları və ayrı-ayrı fiziki şəxsləri 148 xarici dövlətlə 26,6 milyard ABŞ dolları məbləğində ticarət əməliyyatları aparıb. Əmtəə mübadiləsinin 4,3 milyard dolları MDB üzvü dövlətləri, 22,3 milyard dolları digər ölkələrlə həyata keçirilib. 2010-cu ilin yanvar-sentyabr ayları ilə müqayisədə ölkə üzrə xarici ticarət dövriyyəsinin həcmi müqayisəli qiymətlərlə 7,3 faiz, o cümlədən MDB üzvü dövlətləri üzrə 27,5 faiz, digər dövlətlər üzrə isə 4,7 faiz çox olmuşdur. Xarici ticarət dövriyyəsinin 19,7 milyard dollarını Azərbaycandan ixrac olunmuş mallar, 6,9 milyard dollarını ölkəmizə idxal edilmiş məhsullar təşkil edib, 12,8 milyard dollarlıq müsbət xarici ticarət saldosu yaranıb.
Xarici ticarət əməliyyatlarının beşdə dörd hissəsindən çoxu (82,2 faizi) İtaliya, Fransa, Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları, Ukrayna, Türkiyə, İndoneziya, Almaniya, Malayziya, Koreya Respublikası, Belarus, İsrail, Çin və Gürcüstan dövlətləri ilə aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə