Sahibkarlığa Kömək Milli Fondu ilin əvvəlindən sahibkarlara 120,3 milyon manat güzəştli kredit verib

Sahibkarlığa Kömək Milli Fondu ilin əvvəlindən sahibkarlara 120,3 milyon manat güzəştli kredit verib

Sahibkarlığa Kömək Milli Fondu (SKMF) regionlarda fəaliyyət göstərən sahibkarlara müvəkkil kredit təşkilatları vasitəsilə 2011-ci ilin əvvəlindən ümumilikdə 120,3 milyon manat güzəştli kredit verib. Fondun vəsaitlərindən 101,6 milyon manat 71 iri, 18,7 milyon manat isə 1333 kiçik investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilib.

SKMF-nın icraçı direktoru Şirzad Abdullayev bildirib ki, ilin əvvəlindən Fondun hesabına 1404 investisiya layihəsi maliyyələşdirilib. Bu layihələr hesabına 5 min 500-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə