Ağdaş rayonuna təbii qazın verilişi məhdudlaşdırılacaq

Ağdaş rayonuna təbii qazın verilişi məhdudlaşdırılacaq

Oktyabr 11-də saat 09:00-dan 18:00-dək Ağdaş və Şəmsəbad Qazpaylayıcı Stansiyalarının qaz təchizatı dayandırılacaq. Dövlət Neft şirkətindən SİA-ya verilən məlumata görə, aparılan təmir işləri ilə əlaqədar neft şirkətinin həmin müddət ərzində Ağdaş şəhəri də daxil olmaqla, ətraf kənd və qəsəbələrə təbii qazın verilişində fasilələr yaranacaq.


Bütün xəbərlər Facebook səhifəmizdə