Yeni ildən ölkə ərazisində rəqəmsal yayıma keçidlə bağlı səslənən fikirlər əhali arasında çoxsaylı suallar doğurub. İnsanları analoq televiziyaya keçidin hansı mərhələdən ibarət olacağı, dekoderlərin qiyməti və onları hardan əldə etməyin mümkünlüyü və ümumiyyətlə prosesin necə gedəcəyi ilə bağlı suallar düşündürür.
Rabitə və İnformasiya Texnologiyaları nazirliyindən əhalini maraqlandıran suallara cavab aldıq. Qurumdan SİA-ya verilən məlumata görə, artıq rəqəmsal tv-yə keçid istiqamətdə işlərə başlanılıb və yeni ildən ölkə ərazisində rəqəmsal yayıma keçid reallaşacaq: "Ancaq bu o demək deyil ki, hamı məcburi sürətdə rəqəmsal tv-yə keçməlidir. Proses mərhələlərlə aparılacaq. Müəyyən bir müddət ərzində yayım paralel aparılacaq. Bu müddətdə əhali analoq televiziyanı rəqəmsal yayıma uyğunlaşdırmaq üçün dekoder almalıdırlar".
Dekoderin qiymətinin 30-35 manat olduğu deyilirdi. Ancaq sonradan qiymətin endiriləcəyi ilə bağlı da vədlər verildi. Dekoderin qiymətində endirim olacaqmı və bu cihazı almağa kimlər məcburdur?
Dekoder almaq məcburi olacaq. Çünki bu qurğu olmadan köhnə tipli televiziyalar rəqəmli yayımı dəstəkləməyəcək.
Ancaq müasir televizorları olanların dekoder almasına ehtiyac qalmayacaq. Çünki bu televiziyalar artıq rəqəmli yayımı dəstəkləyir. O ki, qaldı dekoderin qiymətlərinə, bu qurğuları ölkəyə gətirən şirkətlərlə danışıqlar aparılıb və razılıq əldə olunub. Dekoderləri almaq hər bir vətəndaş üçün münasib olacaq və hər bir vətəndaş öz imkanına uyğun qurğu ala biləcək".
Qurumdan o da bildirildi ki, rəqəmli yayım 2013-cü ilə qədər paralel tətbiq olunacaq. Ancaq 2013-cü ildən ölkə ərazisində analoq yayım tamamilə dayandırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB