İndiki halda Türkiyənin Azərbaycan qazını almasına daha böyük ehtiyacı var – İqtisadçı ekspert

İndiki halda Türkiyənin Azərbaycan qazını almasına daha böyük ehtiyacı var – İqtisadçı ekspert

Türkiyə Rusiya ilə 25 il bundan əvvəl imzalanmış qaz müqaviləsinə xitam verdi və bundan sonra Türkiyə alternativ enerji axtarışındadır. Ən vacib və önəmli hesab edilən isə Azərbaycan və Türkiyə arasında Azərbaycan qazının Avropaya tranzitinin də yer aldığı qaz sazişi paketi üzrə danışıqlarıdır. Əgər nəzərə alsaq ki, qarşıdan qış gəlir və rəsmi Ankaranın itirdiyi 30 mlrd kub metr qaz əvəz edilməlidir. Məhz bu fonda tərəflər arasında aparılan danışıqların intesivləşdirilməsi Türkiyənin marağındadır. İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vuqar Bayramlı hesab edir ki, Türkiyə ilə tranzit sazişinin bağlanması Azərbaycan qazının, xüsusilə də "Şahdəniz" yatağından hasil edilən qazın Avropaya nəqli üçün lazımdır. Məhz bu zəmində itirilən istiliyin geri qaytarılması istiqamətinə rəsmi Ankaranın Bakı ilə aparacağı danışıqlarda yumaşlama özünü biruzə verəcək: "Türkiyə yalnız "Nabucco" üçün deyil, eyni zamanda Azərbaycandan ayrıca qazın alınmasında maraqlıdır. Çünki "Nabucco" qazı Türkiyənini ehtiyaclarını ödəməyə kifayət deyil. Nəzərə alsaq ki, bu kəmərlə nəql olunacaq qazın 30 faizi Türkiyənin daxili tələbatı üçün nəzərdə tutulur. Rəsmi Ankara Bakıdan aldığı 6 mlrd kub metr qazın həcmini 12 mlrd-a çatdırmaq istəyir. Eyni zamanda Rusiya ilə qaz sazişinə xitam verilməsi Türkiyənin Xəzər dənizi hövzəsindən asılılığı artırır. Ona görə, indiki halda Türkiyənin Azərbaycan qazının almasına ehtiyacı daha böyükdür".

Türkiyə ərazisi ilə Azərbaycan qazının Avropaya tədarükü üçün əsas mənbə "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsidir. Onun çərçivəsində ilk qazın 2017-ci ildə hasil edilməsi nəzərdə tutulur. Avropaya ildə 10 milyard kubmetr qaz ixrac oluna bilər. \"Nabukko\", ITGI və TAP layihəsinin "Şahdəniz" qazının Avropaya nəqli üçün Azərbaycana təklif təqdim təqdim etməsi Azərbaycanın Türkiyə ilə apardığı qaz danışıqlarına da mənfi təsir etməyəcək. İqtisadçı ekspert hesab edir ki, buna səbəb Azərbaycanın böyük miqdarda qaz ehtiyatlarına malik olmasıdır: "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsində Azərbaycan qazının iki dəfə artırılması nəzərdə tutulub. Nəzərə alsaq ki, Azərbaycan 2010-cu ildə 29 mlrd qaz hasil edib. 2016-cı ildə isə bu rəqəmin 50 mlrd kub metrə çatacağı gözlənilir. O, halda Azərbaycan "Nabucco" və Türkiyə ilə ayrılıqda qaz nəqlini həyata keçirmək imkanına malik olacaq".

Qeyd edək ki, "Şahdəniz" yatağının ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir. Azərbaycan və Türkiyə arasında müqaviləyə görə, Türkiyə hər il "Şahdəniz" yatağından 6,6 milyard kubmetr qaz almalıdır. Yatağın işlənməsinin ikinci mərhələsindən Türkiyəyə tədarükün həcmi 6 milyard kubmetr təşkil edəcək

Bütün xəbərlər Facebook səhifəmizdə