Təsirli tədbirlər öz nəticəsini verir

Təsirli tədbirlər öz nəticəsini verir

Elektrik enerjisindən istifadə zamanı qaydaların pozulmasının qarşısının alınması istiqamətində xeyli işlər görülmüş və bu istiqamətdə tədbirlər davam etdirilir. Nəzarət qrupları və şəbəkə əməkdaşları tərəfindən keçirilən reydlər zamanı istehlakçıların sayğac uçot komplektlərində müxtəlif təyinatlı qüsurlar aşkar olunur. SİA-nın məlumatına görə, həmin istehlakçılara qarşı daha sərt tədbirlər görülüb və bu istiqamətdə işlər davam etdirilir.

Sabirabad elektrik şəbəkəsindən (EŞ) "Azəreneji" ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, müəssisənin xidməti ərazisində cari ilin avqust ayında keçirilmiş reydlər zamanı 85 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilərək, 546 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 32,8 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 6 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir.

Qeyd edək ki, cari ilin 8 ayı ərzində isə müəssisə üzrə 905 qayda pozuntusu faktı aşkar edilərək 5 milyon 684 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 341 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilmiş müvafiq tədbirlər nəticəsində hesabat dövründə həmin bu məbləğin 24 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Beyləqan EŞ-dən əldə edilən məlumata görə, müəssisənin xidməti ərazisində cari ilin avqust ayında keçirilmiş reydlər zamanı 18 qayda pozuntusu faktı aşkar edilərək müvafiq qaydada aktlaşdırılmışdır. Nəticədə 24,5 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 1,5 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 28 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir.

Onu da qeyd edək ki, cari ilin 8 ayı ərzində 173 qayda pozuntusu faktı aşkar edilərək 566,8 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 34 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilmiş müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 58 faizdən çox hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Laçın EŞ müəssisəsinin xidməti ərazisində 2011-ci ilin 8 ayı ərzində keçirilmiş reydlər zamanı 49 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını (EEİQ) pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 655,4 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 39,3 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat dövründə həmin bu məbləğin ödənişi təmin edilmişdir.

Yeri gəlmişkən, hər üç sözügedən müəssisədən qayda pozuntularının təsnifatı və istehlakçı qrupu barədə əldə etdiyimiz məlumata istinadən bildirək ki, elektrik enerjisindən yenə də kənar xətt vasitəsilə istifadə edilməsi halı üstünlük təşkil etmiş və ən çox qayda pozuntusu məişət abonenti (əhali) istehlakçı qrupunda aşkar edilmişdir.


Bütün xəbərlər Facebook səhifəmizdə