Fransa-Azərbaycan biznes forumu keçiriləcək

Fransa-Azərbaycan biznes forumu keçiriləcək

Bu ilin sentyabrın 23-də Fransa-Azərbaycan hökumətlərarası iqtisadi komissiyasının iclası çərçivəsində Paris şəhərində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən Fransa-Azərbaycan Biznes Forumu keçiriləcək. İqtisadi İnkişaf Nazirliyindən SİA-ya verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinə Azərbaycanın maliyyə naziri Samir Şərifov rəhbərlik edəcək. Səfər 22-25 sentyabr tarixlərinə nəzərdə tutulur.

Qeyd edək ki, forum çərçivəsində Azərbaycan iş adamları özlərinə tərəfdaşlar tapmaq və iş əlaqələri qurmaq imkanı əldə edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə