Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) İsveçrədə yanacaqdoldurma məntəqələri şəbəkəsi almaq niyyətindədir. SİA-nın verdiyi məlumata görə, bunu ARDNŞ prezidenti, millət vəkili Rövnəq Abdullayev deyib. Onun sözlərinə görə, bu istiqamətdə danışıqlar gedir və yəqin ki, bu məsələ tezliklə öz həllini tapacaqdır.
ARDNŞ-ın prezidenti həmçinin 2015-ci ildə ölkə üzrə neft hasilatının 50-55 milyon tona, qaz hasilatının isə 30 milyrad kubmetrə çatdırılacağı deyib: "Həyata keçirilən layihə və proqramlar üzrə görülən işlər nikbin proqnozlar üçün əsas verir. Region və Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin qorunmasında Azərbaycanın rolu qarşıdakı illərdə daha da artacaqdır. 2020-ci ilədək Avropanın enerji istehlakının 70 faizinin, 2030-cu ilədək isə 85 faizədək hissəsinin idxal hesabına təmin ediləcəyi barədə ekspert rəyləri fonunda bu, xüsusən böyük əhəmiyyət kəsb edir".
R.Abdullayev həmçinin ölkənin təsdiq edilmiş qaz ehtiyatlarının həcminin bu gün 2,5 trilyon kubmetrdən artıq olduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB