Avqust ayının 1-nə kimi verilmiş 9,1 mlrd manat kreditlərin 33.1 faizi qısamüddətli olub, 581.1 milyon manatının ödəmə vaxtı keçib

Avqust ayının 1-nə kimi verilmiş 9,1 mlrd manat kreditlərin 33.1 faizi qısamüddətli olub, 581.1 milyon manatının ödəmə vaxtı keçib

Maliyyə Nazirliyinin məlumatlarına əsasən yanvar-iyul aylarında dövlət büdcəsinə 6.9 milyard manat məbləğində vəsait daxil olub, büdcədən 6.2 milyard manat vəsait xərclənib, 667.3 milyon manat məbləğində, yaxud ÜDM-in 2.5 faizi qədər profisit yaranıb. Büdcə xərclərinin 2.4 milyard manatı və ya 39.2 faizi iqtisadiyyatın inkişafına, 756.6 milyon manatı (12.2 faizi) təhsilə və 770.5 milyon manatı (12.4 faizi) əhalinin sosial müdafiə və sosial təminatına yönəldilib. Büdcədən xərclənmiş vəsaitin 35.4 faizi və ya 2.2 milyard manatı əmək haqqı, pensiya və müavinətlərin ödənilməsinə sərf olunub. Bundanəlavə əhalinin banklardakı əmanətlərinin məbləği keçən ilin müvafiq dövrünə nisbətən 30.5 faiz artaraq avqust ayının 1-nə 3.5 milyard manata çatmışdır. Milli valyuta ilə vəsait qoyuluşu 1.7 milyard manat, xarici valyuta ilə qoyulmuş əmanətlərin məbləği isə 1.8 milyard manat olub.

Qeyd edək ki, müvafiq dövrdəmaliyyə-kredit təşkilatları tərəfindən9.1 milyard manat məbləğində kredit verilib. Verilmiş kreditlərin 33.1 faizi qısamüddətli olub, 581.1 milyon manatının ödəmə vaxtı keçib.

Avqust ayında manatın 1 ABŞ dollarına orta aylıq məzənnəsi 0.79 manat, 1 Avroya 1.13 manat, 100 Rusiya rubluna 2.73 manat, ilin əvvəlindən isə bu göstəricilər müvafiq olaraq 0.79, 1.12 və 2.77 manat təşkil edib.


Bütün xəbərlər Facebook səhifəmizdə