Mərkəzi Bank maliyyə savadlılığı üzrə Almaniyanın SBFIC Fondu ilə əməkdaşlıq barədə razılıq əldə olunub
Mərkəzi Bank maliyyə savadlılığı üzrə Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu (SBFIC) ilə əməkdaşlıq barədə razılıq əldə edib. SİA-ya Bankdan verilən xəbərə görə,
Fondun Azərbaycanda maliyyə savadlılığının artırılması tədbirlərində iştirak etməyə və Almaniya hökumətinin bu məqsədlə maliyyə vəsaiti ayırmağa hazır olduğu bildirilib. Bu əməkdaşlığın məqsədlərindən biri əhalinin əsassız borclanmasının qarşısını almaq üçün gənc yaşlarından maliyyə savadının aşılanmasından ibarətdir.
Əməkdaşlıq proqramına uyğun olaraq, Fondun dəstəyi ilə 2011/2012-ci və növbəti tədris illərində ölkənin seçilmiş (pilot) məktəblərində şagirdlərin maliyyə savadlılığının artırılması üzrə tədbirlər nəzərdə tutulur. Bununla əlaqədar Azərbaycanın orta məktəblərində şagirdlərin maliyyə savadlılığının artırılması üzrə Təhsil Nazirliyi ilə birlikdə xüsusi layihə üzərində iş aparılır.
Almaniyanın SBFICFondu ilə əməkdaşlıq ölkəmizin gələcək nəslinin erkən yaşlarda iqtisadiyyat və maliyyə biliklərinə yiyələnməsinə və ölkə əhalisinin maliyyə savadlılığının səviyyəsinin yüksəldilməsinə xidmət edəcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB