\"KapitalBank\"dan tələbələrə böyük güzəşt

\"KapitalBank\"dan tələbələrə böyük güzəşt

\"KapitalBank\" yeni kampaniyaya start verir. 15 sentyabr 2011-ci il tarixindən etibarən hər bir tələbə MasterCard Standard ödəniş kartını \"KapitalBank\"ın filial və şöbələrindən 50 faiz endirimlə ala bilər. SİA-nın xəbərinə görə, hazırda \"KapitalBank\"ın MasterCard Standard ödəniş kartları 30 manata satılır. Kampaniya dövründə isə gənclər tələbə biletlərini təqdim etməklə bu kartları cəmi 15 manata almaq imkanına malik olacaqlar. Bundan əlavə, öz tələbə dostunu da kampaniyaya cəlb edən hər bir tələbə \"KapitalBank\"ın "SMS Banking" xidmətinə pulsuz qoşulma imkanı qazanacaq.

Belə bir kampaniyanın təşkilində məqsəd Bankın filial və şöbələrində MasterCard Standard kartlarının satışının stimullaşdırılması, bu kartlar vasitəsilə nağdsız ödənişlərə marağın artırılması, eyni zamanda gənclərin müştəri qismində cəlb edilməsindən ibarətdir.
Kampaniya 15 dekabr 2011-ci il tarixinə qədər davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня