ARDNŞ-nin İnsan resursları departamentində işə qəbulla bağlı fərdi müsahibə keçirilib

ARDNŞ-nin İnsan resursları departamentində işə qəbulla bağlı fərdi müsahibə keçirilib
Bu günlərdə ARDNŞ-nin İnsan resursları departamentində Şirkətin müsahibə qrupu "Nanotexnologiyalar" Elmi-İstehsalat Mərkəzi və Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinə işə qəbul olmaq üçün müraciət edən və test imtahanından müvəffəqiyyətlə keçən namizədlərlə fərdi müsahibələr keçirib. SİA-nın şirkətin saytına istiadən verdiyi xəbərə görə, müsahibə bərabərlik, dəqiqlik, obyektivlik, şəfafflıq və aşkarlıq prinsipləri əsasında təşkil olunub, namizədlərin öz fikirlərini tam dolğun ifadə etmələri, müraciət etdikləri vakansiya üzrə bilik, bacarıq və səriştələrini göstərmələri üçün şərait yaradılıb.

Vakansiyanın tələblərinə uyğun bilik və şəxsi keyfiyyətlərini müəyyənləşdirmək məqsədi ilə namizədlərə suallar verilmiş və cavablar diqqətlə dinlənilib. Müsahibənin nəticələri barədə məlumat rəsmi olaraq namizədlərin şəxsi e-mail ünvanlarına göndəriləcəkdir. Müsahibədən uğurla keçən namizədlər tibbi müayinəyə göndərildikdən sonra sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit üzrə təlimatlandırılaraq işə başlayacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə