İqtisadi İnkişaf Nazirliyi: \"Ətin qiymətində süni artım qeydə alınmayıb\"

İqtisadi İnkişaf Nazirliyi: \"Ətin qiymətində süni artım qeydə alınmayıb\"

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər zamanı son vaxtlar ətin qiymətində müəyyən artım müşahidə olunur. SİA-nın Nazirliyə istinadən verdiyi məlumata görə, bununla belə, ət satışı məntəqələrində mütəmadi aparılan monitorinqlərdə ətin qiymətində süni artımı halları qeydə alınmayıb.

Araşdırmalar göstərir ki, ətin qiymətindəki artım yem və yem komponentlərinin qiymətinin artması, habelə mal-qaranın idxal olunduğu qonşu ölkələrdə ətin bahalaşması ilə əlaqədardır.

Bütün xəbərlər Facebook səhifəmizdə