ARDNŞ-nin Ekoloji Ölçmə Mərkəzinin akkreditasiyası uzadılıb
SİA-nın şirkətin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Ekoloji Ölçmə Mərkəzi Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən anoloji laboratoriyalar arasında bu sənədə layiq görülmüş ilk qurumdur. Mərkəz hələ 2010-cu ildə AZS milli akkreditasiya sistemində texniki səlahiyyətliyə və müstəqilliyə akkreditasiya olunmuş və müvafiq attestat alıbdır. Bu yaxınlarda Ekoloji Ölçmə Mərkəzinin akkreditasiya attestatının müddətinin başa çatması səbəbindən sözügedən sənədin müddətinin artırılması məqsədilə Ekologiya İdarəsi tərəfindən Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə müraciət olunmuşdur. Komitənin mütəxəssisləri tərəfindən yoxlama keçirilib və Ekoloji Ölçmə Mərkəzinin avadanlıqlarının, normativ-texniki sənədlərinin, nəqliyyat vasitələrinin ekoloji müayinələrinin beynəlxalq standart və normalar səviyyəsində aparılması qeyd olunmuş və Ekologiya İdarəsinin müraciəti müsbət cavablandırılıb. Akkreditasiya sənədinin müddətinin uzadılması, Ekoloji Ölçmə Mərkəzində bütün nəqliyyat vasitələrindən atmosferə atılan zərərli qazların ölçülməsi, ekoloji vəziyyətin yaxşılaşdırılmasına təsir edəcək işlərin yerinə yetirilməsi, yeni texnika və texnologiyaların sınaqlarının aparılması və s. bu kimi işlərin davamlı olaraq həyata keçirilməsinə imkan verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB