\"Parabank\" \"Uşaq Əmanəti\" depozit xitmətində dəyişiklik edib
\"Parabank\" köhnə-yeni xidmətini təqdim edir. SİA-ya bankdan verilən xəbərə görə, \"Uşaq Əmanət\" adlı xidmətində bəzi yeniliklər edib. Belə ki, hər bir valideyn öz övladı üçün \"Parabank\"da əmanət aça bilər. Beləliklə, valideynlər 3 yaşından 15 yaşınadək olan övladları üçün bankda deposzit hesabı aça bilərlər. Depozit xidməti minimum 3, maksimum 18 ilə qədərdir və həmin subyekt əmanətini müqavilədə nəzərdə tutulan müddət tamamlanandan sonra götürə bilər. Belə ki, 3 illik depozitdə illik 13%, uzun müddətli depozitdə isə illik 20,5%-də məbləğ əmanətin üzərinə əlavə olunacaq. Qeyd edək ki, depozit minimum 500 AZN (USD, EURO) ilə maksimum 1000 AZN (USD, EURO) ilə açıla bilər və valideynin istəyində uyğun olaraq onun ad günündə minimum 50 AZN (USD, EURO) maksimum 100 AZN (USD, EURO) əlavə oluna bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB