Vergilər Nazirliyi gənclərə üstünlük verir

Vergilər Nazirliyi gənclərə üstünlük verir

Vergilər Nazirliyindən verilən məlumata görə, Vergilər Nazirliyi işə qəbul olunanlar arasında gənclərə daha çox üstünlük verir: "Həyata keçirilmiş tədbirlər nəticəsində vergi orqanlarında çalışanlar arasında həm gənc, həm orta, həm də daha təcrübəli nəsillərin nümayəndələri arasında optimal balans əldə olunub. Hazırda ölkəmizin vergi orqanı əməkdaşlarının 29,1 faizinin yaşı 30-a qədər, 12,3 faizinin yaşı 30-35 yaş arasında, 9,1 faizinin yaşı 36-40, 11,9 faizinin yaşı 41-45, 14,6 faizinin yaşı 46-50 yaş arasında, 22,9 faizinin yaşı isə 50-dən yuxarıdır. 5 nəfərin yaşı 65-dən çoxdur ki, bu da vergi sistemində çalışanların cəmi 0,2 faizini təşkil edir. Bütövlükdə vergi əməkdaşlarının 77 faizinin yaşı 50-dən aşağıdır".


Bütün xəbərlər Facebook səhifəmizdə