Kapital Bankdan “Bakcell” istifadəçilərinə xoş müjdə

Kapital Bankdan “Bakcell” istifadəçilərinə xoş müjdə

Artıq "Bakcell" istifadəçiləri də Kapital Bankın "SMS Banking" xidmətindən faydalana bilərlər. SİA-nın banka istinadən verdiyi məıumata görə, "SMS Banking" – Kapital Bankın müvafiq mobil rabitə operatorları ilə birgə öz plastik kart istifadəçilərinə təqdim etdiyi xidmət paketidir. Bu xidmətdən Kapital Bankın bütün növ plastik kart istifadəçiləri istifadə edə bilər.

"SMS Banking" xidməti müştəriyə plastik kartı vasitəsilə aparılan hər bir əməliyyat haqqında SMS vasitəsilə məlumat almaq, plastik kartın istifadə müddətinin bitməsi barədə əvvəlcədən məlumat əldə etmək imkanı verir.
Xidmət istifadəçiləri bundan başqa, plastik kart hesablarındakı cari balans barədə öyrənə, hesablarından qısa məzmunlu çıxarış ala, plastik kartlarını bloklaşdıra, kommunal xidmətlər və mobil rabitədən istifadə üzrə ödənişlər apara bilərlər. Bu xidmət vasitəsilə gündəlik valyuta məzənnəsi barədə də xəbər tutmaq mümkündür.
"SMS Banking" xidmətinə həm Kapital Bankın bankomatları, həm də Bankın 196 nömrəli Müştəri Xidmətinə zəng etməklə qoşulmaq olar. "SMS Banking" xidmətinə maraq göstərən hər kəs www.kapitalbank.az saytından ətraflı məlumat ala bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня