ASB Bank bayram günlərində də fəaliyyət göstərəcək

ASB Bank bayram günlərində də fəaliyyət göstərəcək

Müştərilərini daim diqqət mərkəzində saxlayan ASB Bank bayram günlərində də fəaliyyət göstərəcəkdir. SİA-nın banka istinadən verdiyi xəbərə görə, Park Bulvar AVM-də yerləşən Park Bulvar filialı səhər saat 10:00-dan axşam 22:00-a kimi və Ramstore Xətai supermarketində yerləşən Xətai filialı səhər saat 09:00-dan axşam 22:00-a kimi fasiləsiz iş rejimində xidmət göstərəcəkdir. Qeyd edək ki, Azərbaycan Sənaye Bankı aşağıdakı xidmətləri bayram boyunca müştərilərinə göstərəcək:

Fiziki və hüquqi şəxslərin hesablarının açılması

Hesablaşma-kassa xidmətlərinin göstərilməsi

Pul Köçürmələri

Depozitlərin (əmanətlərin) qəbul edilməsi

Valyuta mübadilə əməliyyatlarının aparılması

Rabitə və kommunal ödənişlərin qəbulu

POS Terminal xidmətləri

7/24 ATM xidmətləri

Xatırladaq ki, "Azərbaycan Sənaye Bankı" 1996-cı ildən fəaliyyətə başlayıb. 31 İyul 2011-ci ilin nəticələrinə görə bankın aktivlərinin həcmi 147.456 mln. manat, depozit portfeli 80.455 mln. manat, kredit portfeli 112.218 mln. manat, nizamnamə kapitalı 24.000 mln. manat təşkil edir.

Bankın respublika üzrə 8 filialı, 1 şöbəsi, 32 bankomatı və 305 POS-terminalı mövcuddur. Bankın plastik kartlarından istifadə edən müştərilərinin sayı 19.300-dən, cəmi müştərilərinin sayı isə 35.100-dən çoxdur.


Bütün xəbərlər Facebook səhifəmizdə