Şahmar Mövsümov: “Cari il 12 milyard dollara yaxın vəsait büdcəyə transfer ediləcək” - AÇIQLAMA

Şahmar Mövsümov: “Cari il 12 milyard dollara yaxın vəsait büdcəyə transfer ediləcək” - AÇIQLAMA

"Vəsaitlərin idarə olunması üzrə yeni strategiya üzərində iş gedir. Qeyd etdiyim kimi, dünya maliyyə bazarlarında vəziyyət qeyri-sabitdir və bu qeyri-sabitlik bizi hələ də konservativ olmağa vadar edir. Ona görə, hələ də öz siyasətimizdə konservativliyi davam edirik. Ümid edirik ki, yaxın zamanlarda beynəlxalq maliyyə bazarında sabitlik bərpa olunandan sonra bu məsələ yenidən öz aktuallığını əldə edəcək". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov məlumat verib.

Dolların qiymətinin aşağı düşməsinin Dövlət Neft Fonduna hər hansı bir təsir göstərəcəyinə münasibət bildirən icraçı direktor vurğulayıb ki, Dövlət Neft Fondunun siyasəti neytrallıq siyasətidir: "Yəni, bizim vəsaitlərimizin yarısı ABŞ dolları, yarısı isə digər valyutalarla saxlanılır. Bu vasitə ilə biz tarazlığı təmin edirik, yəni dolların qiyməti düşdükdə avro qalxır, avronun qiyməti düşdükdə isə dollar qalxır".

Ş.Mövsümov vurğulayıb ki, hazırda Dövlət Neft Fondunda 31 milyardan çox vəsait idarə olunur: "Dövlət Neft Fondundan bu gün əsas xərclər dövlət büdcəsinə olan transferdir. Cari ildə 12 milyard dollara yaxın vəsait büdcəyə transfer ediləcək və bu vəsaitlər bütün sosial iqtisadi inkişaf üzrə istifadə olunacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə