Azərbaycanda neft məhsullarının istehsalında 4,6 faiz artım olub

Azərbaycanda neft məhsullarının istehsalında 4,6 faiz artım olub

Yanvar-iyul aylarında Azərbaycanda neft məhsullarının istehsalında 4,6 faiz artım müşahidə olunub. SIA-nın rəsmi mənbələrə istinadən verdiyi məlumata görə, bu müddətdə 703,4 min ton avtomobil benzini, 354,7 min ton ağ neft, 1,4 milyon ton dizel yanacağı istehsal olunmuş, sürtkü yağlarının istehsalında 33 faiz, neft bitumunda 11,8 faiz, ilkin emal benzinində 15,4 faiz artım qeydə alınıb.


Bütün xəbərlər Facebook səhifəmizdə