“Günəşli” yatağında yeni quyu qazılır

“Günəşli” yatağında yeni quyu qazılır
"SOCAR AQŞ" Müştərək Müəssisəsi "Günəşli" yatağındakı 13-cü özüldən 46 nömrəli quyuda qazma işlərini uğurla davam etdirir. SİA-nın məlumatına görə, layihə dərinliyi 4050 metr olan quyu Qirməki Altı Lay Dəstəsinə qazılır. Geoloqların hesablamalarına görə, quyudan sutkada 25 ton neft və 200 min kubmetr qaz hasil ediləcək. Qeyd edək ki, quyuda istismar işləri "28 May" adına Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə