Neftin qiyməti ucuzlaşmaqda davam edir

Neftin qiyməti ucuzlaşmaqda davam edir
Avqustun 20-də Londonun ICE Futures əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində Brent markalı neftin sentyabr fyuçerslərinə olan dəyəri 0,75 dollar azalaraq 106,24 dollar təşkil edib. SİA-nın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin avqust fyuçerslərinə olan qiyməti də azalıb. Belə ki, WTI markalı neftin avqust fyuçerslərinə olan qiyməti 1,2 dollar azalaraq 81,18 dollar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə