Türkiyənin nəqliyyat naziri: “Qars-İğdır-Naxçıvan dəmiryolu layihəsi hazırdır”
Bakı-Tbilisi-Qars dəmir yolunun Türkiyə hissəsində işlər 2012-ci ildə tamamlanacaq. SİA-nın xəbərinə görə, bunu Türkiyənin nəqliyyat naziri Həbib Soluk deyib. Onun sözlərinə görə, hazırda Azərbaycanda bu istiqamətdə işlər sürətlə aparılır və tunellərin tikintisi və infrastruktur işləri bitdikdən sonra, bu xətt istismara hazır olacaq.
H.Soluk həmçinin Qars-İğdır-Naxçıvan dəmiryolu layihəsinin də hazırlandığını qeyd edərək yaxın aylarda tenderin keçiriləcəyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB