Nəfəsli alətlər orkestri paytaxt sakinlərinin rəğbətini qazanıb

Nəfəsli alətlər orkestri paytaxt sakinlərinin rəğbətini qazanıb
ARDNŞ-nin Sosial İnkişaf İdarəsinin nəzdində yeni yaradılmış Nəfəsli alətlər orkestri kütləvi çıxışlar etməyə başlayıb. SİA-nın xəbərinə görə, 19 nəfərdən ibarət orkestr həftədə 2 dəfə – bazar ertəsi və cümə axşamları saat 19-dan - 21-dək paytaxtın Fəvvarələr Meydanında rəngarəng konsert proqramı ilə sakinlərin görüşünə gəlir. Bu konsert proqramları maraqla qarşılanır və paytaxt sakinlərinin, habelə şəhərimizin qonaqlarının istirahətinin səmərəli təşkil olunmasına xidmət edir. Sosial İnkişaf İdarəsinin təşkil etdiyi mədəni-kütləvi tədbirlərdə də fəal iştirak edən Nəfəsli alətlər orkestri qısa müddətdə müsiqisevərlərin rəğbətini qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə