Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi ilə əlaqədar yeni qərar qəbul edilib
Nazirlər Kabineti Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin nəzdində təsərrüfathesablı Tikilən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin Müdiriyyətinin yaradılması haqqında qərar qəbul edib. SİA-nın məlumatına görə, Azərbaycan Respublikasının Nazirlər Kabineti 10 avqust 2011-ci il tarixdə "Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin nəzdində təsərrüfathesablı Tikilən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin Müdiriyyətinin yaradılması haqqında" Qərar qəbul edib.
Azərbaycan Respublikasının Baş naziri cənab Artur Rasizadə bu qərarı \"Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin tikintisi haqqında\" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 18 oktyabr tarixli 2443 nömrəli Sərəncamına əsasən, həmçinin Azərbaycan Respublikasında nəqliyyat əlaqələrinin genişləndirilməsi, tranzit imkanlarının gücləndirilməsi və artan yük daşımalarının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən Bakı şəhərinin Qaradağ rayonunun Ələt qəsəbəsində inşa edilən \"Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi\"nin vaxtında və yüksək keyfiyyətlə tikilib istifadəyə verilməsinə və aparılan tikinti işlərinin təsdiq edilmiş layihə-smeta sənədlərinə uyğun həyata keçirilməsinə nəzarətin təmin edilməsi, əsaslı vəsait qoyuluşu üzrə dövlət büdcəsindən və digər maliyyə mənbələrindən ayrılan vəsaitin idarə edilməsinin səmərəliliyinin artırılması, habelə tikinti prosesində ortaya çıxan məsələlərin operativ həllini təmin etmək məqsədi ilə imzalayıb.
Qərara əsasən, Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin nəzdində təsərrüfathesablı Tikilən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin Müdiriyyəti yaradılmalıdır. Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının Nəqliyyat, İqtisadi İnkişaf və Maliyyə Nazirliyinə müvafiq tapşırıqlar verilib.
Qərar imzalandığı gündən qüvvəyə minir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB