İyul ayında Ceyhan limanından 2,7 milyon ton neft dünya bazarlarına çıxarılıb
2011-ci ilin iyul ayı ərzində 2 milyon 742 min 716 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılmışdır. (Bu həcmin 2 milyon 217 min 15 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil etmişdir). SIA-nin xabarina gore, cari ilin yanvar-iyul aylarında Ceyhan limanından dünya bazarlarına çıxarılmış neftin həcmi 19 milyon 544 min 906 ton olmuşdur. Ümumiyyətlə, BTC istismara verilən gündən 2011-ci ilin avqust ayının 1-ə qədər Ceyhan limanından 161 milyon 479 min 107 ton Azərbaycan nefti dünya bazarlarına yola salınmışdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB