Fövqəladə Hallar Nazirliyi, Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondunun birgə icra etdiyi layihənin yekunu ilə bağlı tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyi, Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondunun birgə icra etdiyi layihənin yekunu ilə bağlı tədbir keçirilib

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondu (UNICEF) ilə birgə həyata keçirdiyi \"Riskə məruz qalma ehtimalı olan ərazilərdə fəlakət riskinin azaldılmasına yönəlmiş tədbirlərin dəstəklənməsi\" layihəsinin başa çatması ilə bağlı 9 avqust 2011-ci il tarixində Bakı şəhərində yekun tədbir həyata keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə hər üç qurumun, o cümlədən qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.

Tədbir zamanı layihənin yekununa dair icmal, görülmüş işlər, o cümlədən fəlakət riskinin azaldılması komponentinin təhsil proqramına daxil edilməsi mövzularında təqdimatlar dinlənilib.

Tədbirdə, həmçinin, Bakı, Şamaxı, Şəki, Zaqatala, Sabirabad və Saatlı rayonları üzrə seçilmiş on pilot məktəbdə layihənin başlanğıcında və sonunda fövqəladə hallar və onlara hazırlıq mövzularında həyata keçirilmiş sorğunun nəticələri barədə məlumat verilmiş və bu istiqamətdə layihə ərzində əhəmiyyətli dərəcədə inkişafın qeydə alındığı bildirilib.


Bütün xəbərlər Facebook səhifəmizdə