İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən monitorinqlər zamanı Sabunçu rayonunun Bakıxanov qəsəbəsində
- N.İsmayılov küçəsi, ev 28A ünvanında Ruslan Əhmədova məxsus marketdə;
- N.İsmayılov küçəsi, ev 2, mənzil 49 ünvanında Elçin Novruzova məxsus marketdə;
- N.İsmayılov küçəsi, ev 2, mənzil 41 ünvanında Miryağub Cəfərova məxsus marketdə;
- N.İsmayılov küçəsi, ev 57 ünvanında yerləşən \"Fidan\" marketdə;
- Sülh küçəsi, ev 2/7 ünvanında Hümbət Süleymanova məxsus marketdə;
Binəqədi rayonunun M.Cəlal küçəsində
- Ev 127 ünvanında Mərahim Zaidova məxsus marketdə;
- Ev 137 ünvanında yerləşən \"Cavid\" marketdə;
- Ev 41 ünvanında Niyaməddin Səfərova məxsus marketdə;
- Ev 105 ünvanında Zaur Vəliyevə məxsus marketdə;
Tovuz şəhərində
- Bazar daxilində yerləşən Elxan Həsənova məxsus mağazada;
Balakən şəhərində
- S.Gözəlov küçəsində Nizami Bayramova məxsus mağazada;
Salyan rayonunda
- Ələt-Astara yolunda İsmayıl Ağalarova məxsus mağazada;
- Bakı-Astara yolunda Anar Cəfərova məxsus mağazada;
Gədəbəy şəhərində S.Vurğun küçəsində
- Vidadi Rüstəmova və Sabir Hüseynova məxsus mağazalarda
ümumi çəkisi 300 kiloqramdan çox saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib. SİA-nın xəbərinə görə, qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB