Neftin qiymətində cüzi artım baş verib

Neftin qiymətində cüzi artım baş verib
Avqustun 8-də Londonun ICE Futures əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində Brent markalı neftin sentyabr fyuçerslərinə olan dəyəri 2,12 dollar artaraq 109,37 dollar təşkil edib. SİA-nın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin avqust fyuçerslərinə olan qiyməti də artıb. Belə ki, WTİ markalı neftin bir barelinin qiyməti 0,25 dollar artaraq 86,88 dollar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə