Sahil və Ümid qəsəbələrinin sakinləri üçün Məşğulluq – Məsləhət Mərkəzi açılıb

Sahil və Ümid qəsəbələrinin sakinləri üçün Məşğulluq – Məsləhət Mərkəzi açılıb

"Qaradağ Sement" Açıq Səhmdar Cəmiyyətinin təşəbbüsu ilə Sahil və Ümid qəsəbələrinin sakinləri üçün Məşğulluq - Məsləhət Mərkəzi yaradılmışdır, idarəetmə prosesini isə Dirçəliş İqtisadi Araşdırmalar Təşkilatı aparacaq.

"Qaradağ Sement" ASC-dən SİA-ya verilən xəbərə görə, açılış mərasimi 05 avqust 2011-ci il saat 10 00-da Sahil qəsəbəsi, Mədən küçəsi 37 ünvanında keçirilib.

Mərkəzin məqsədi qəsəbə sakinlərini məşğulluğa dair məsləhət xidməti və təlimlərlə əhatə etmək, onları vakant iş yerləri haqda məlumatlandırmaq və onlara sərbəst iş yerlərinə müraciət etməkdə köməklik göstərilməsindən ibarətdir.

İşə düzəlmə ilə bağlı məsləhət xidməti göstərmək məqsədilə mərkəzdə aşağıdakı məsələlərə dair məsləhət veriləcək və yardım göstəriləcək.

Məşğulluq - Məsləhət Mərkəzinə müraciət edən qəsəbə sakinlərinə əmək bazarı, işə düzəlmə və məşğulluq imkanları, işsizliyin azaldılmasına dair dövlət proqramına dair məsləhət verilməsi və təlimlərin keçirilməsi nəzərdə tutulub.

İl ərzində mərkəzdə 1000-ə qədər Sahil və Ümid qəsəbə sakinlərinin əhatə edilməsi, vakant iş yerinin tapılmasının, layihə iştirakçılarının uyğun peşə yönümlü ixtisaslar üzrə həmin iş yerlərinə istiqamətləndirilməsi və nəticədə Məşğulluq - Məsləhət Mərkəzinə müraciət edənlərin müəyyən faizinin işlə təmin edilməsi planlaşdırılır.

Tədbirdə Qaradağ rayon Məşğulluq Mərkəzinin nümayəndəsi, Qaradağ rayon Sosial Müdafiə Mərkəzinin nümayəndəsi, Qaradağ Sement ASC-nin nümayəndələri, Sahil və Ümid qəsəbələrinin icra nümayəndələri, Sahil və Ümid qəsəbə bələdiyyələrinin nümayəndələri və qəsəbə sakinləri iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə