Neftin qiyməti ucuzlaşır
Neftin qiyməti azalıb. Avqustun 4-də Londonun ICE Futures əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində Brent markalı neftin sentyabr fyuçerslərinə olan dəyəri 3,23 dollar azalaraq 113,23 dollar təşkil edib. SİA-nın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin sentyabr fyuçerslərinə olan qiyməti də azalıb. Belə ki,WTI markalı neft qiyməti 1.86 dollar azalaraq 91,93 dollar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə