Bakıda beynəlxalq qaz konfransı keçiriləcək

Bakıda beynəlxalq qaz konfransı keçiriləcək

Sentyabrın 21-dən 23-dək Bakıda "Xəzər qaz infrastruktur dünyası" mövzusunda Beynəlxalq konfrans keçiriləcək. SİA-nın məlumatına görə, Avropanın qaz təchizatına həsr olunmuş konfransda regionun, xüsusilə Xəzər qazının Avropanın enerji təhlükəsizliyi məsələlərinin həllində rolu əsas müzakirə obyekti olacaq.

Tədbirdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin, "bp", "OMV", "RWE" və "GDF Suez" şirkətlərinin, eləcə də Avropa Komissiyasının nümayəndələri iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə