Sahibkarlığa Kömək Milli Fondu sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2011-ci il iyulun 22-də Xocalı rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Goranboy rayonunun Ağcakənd qəsəbəsində \"Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi\" mövzusunda tədbir keçirib.
Tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Ağcakənd qəsəbəsi üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:
- müasir tələblərə cavab verən kiçik həcmli çörək istehsalı sexinin yaradılması;
- kiçik həcmli meyvə və tərəvəz emalı (konservləşdirilməsi) sexinin yaradılması.
Bu gündən etibarən \"Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları\"na uyğun olaraq, sahibkarlıq subyektləri investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB