Qızılın qiyməti rekord vurur

Dünya bazarında qızılın qiyməti növbəti rekord vurub. SİA-nın xəbərinə görə, Sinqapurda keçirilən hərraclarda qızılın 1 unsiyası tarixdə ilk dəfə olaraq 1 624,07 dollara, Nyu-Yorkda isə 1624,3 dollara satılıb.

Qızılın bahalaşmasına səbəb ABŞ iqtisadiyyatı ilə bağlı qeyri-müəyyənlikdir. Amerikanın defolt olma ehtimalından ehtiyatlanan investorlar pullarını qızıla və digər aktivlərə yatırırlar. Nəticədə təkcə bu gün qızılın qiyməti 1,11% və ya 17,8 dollar bahalaşıb.

Ümumilikdə son bir ayda qızıl 115,8 dollar (7,71 faiz), ilin əvvəlindən 14 faiz bahalaşıb. Son bir ildə isə qızılın qiymət artımı 428,4 dollar və ya 36,01 faiz olub. UBS AG-ın ekspertlərinin fikrincə, ilin sonunadək qızılın unsiyasının qiyməti 1800 dollara (qramı 58,06 dollara) çata bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə