Neftin qiymətində bahalaşma davam edir

Neftin qiymətində bahalaşma davam edir
İyulun 22-də Londonun ICE Futures əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində Brent markalı neftin avqust fyuçerslərinə olan dəyəri 0,37 dollar qalxaraq 117,88 dollar təşkil edib. SİA-nın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin avqust fyuçerslərinə olan qiyməti də artıb. Belə ki, WTI markalı neftin bir barelinin qiyməti 0.48 dollar artaraq 99,61 dollar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə